image description

Arxitektura və baş planın hazırlanması

Memarlıq çox qədim mədəniyyətdir. Memar üçün bu sənət qəlbinin və yaradıcılığının yatırımıdır. Müasir memarlıq XX əsrin memarlıq üslublarına uyğun olaraq formalaşıb. Dünyanın müxtəlif yerlərində müasir memarlıq üslubları müxtəlif cür adlandırılır. Buna misal olaraq Rusiya və İngiltərədə modern, Avstriyada secession, Almaniyada və Fransada Art Nouveau kimi nümunələri göstərmək olar.

Müasir memarlıq üslubları:

  • Modern;
  • Hi Tech;
  • Konstruktivizm;
  • Dekonstruktivizm;
  • Kitch.

Layihənin dizaynı mərhələsində biz təsdiqlənmiş eskiz layihəni dəqiqləşdiririk. İşə başlamaq üçün layihə, material və rəng nümunələri, mebel və digər aksessuarlar müştəriyə sonuncu dəfə təsdiqlənmək üçün təqdim olunur. Layihənin inkişaf etdirilməsi üzrə sənədləşmə prosesi adətən arakəsmələrin, qapıların, mebelin və məişət cihazlarının, işıqlandırmanın və sair elementlərin ətraflı (detallı) planlarını özündə əks etdirir.Bütün suallar dəqiqləşdikdən sonra bütün xərclərin əks olunduğu smeta müştəriyə təqdim olunur.

Arxitektura və baş planın hazırlanması (yaşayış və bağ evlərinin, yaşayış komplekslərinin, ofis və biznes mərkəzlərinin, xəstəxanaların, idman komplekslərininlayihələndirilməsi)

Yeni tikinti layihəsinin hazırlanması savadlı baş plan tərtibini tələb edir. O, obyektdə rahat mühitin formalaşması, mövcud ərazinin yüksək keyfiyyətlə və maksimum səmərəli istifadəsi üçün lazımdır. Baş plana kommunikasiya şəbəkələri, nəqliyyat və xidmət infrastrukturu, bəzək tamamlama işləri, yaşıllaşdırma və sair işlər kompleksi daxildir. Savadlı baş plan olmadan hər hansı bir tikinti layihəsini həyata keçirmək mümkün deyil. Bu mərhələ prosesin ən vacib mərhələsi olmaqla xərclərin optimallaşdırılmasını təmin edir və israfçılığa yol verilməsinin qarşısını alır.

Prinsipial eskiz təsdiqləndikdən sonra dizayner baş planın hazırlanmasına başlayır. Baş plan özündə tikili, bina, kommunikasiya və digər qurğular kompleksinin layihə vəziyyətini əks etdirir. Baş plan özündə abadlaşdırma işlərinin ümumi konsepsiyasını əks etdirir. Bəzi çətin layihələrdə müştərinin istəyindən asılı olaraq ərazinin bir neçə şaquli kəsimi həyata keçirilir. Bu kəsimlər qovşaqlarda ərazinin relyefinə dair layihə həllərini təsvir etməyə şərait yaradır.

Share on Facebook0Tweet about this on TwitterShare on Google+0Share on VKPin on Pinterest0

Digər xidmətlər