Top-pic-9

Rəhbərlik

Araz hetemov
Araz Hətəmov Baş memar

Baş memarımız Hətəmov Araz Zahid oğlu, 2004-ci ildə Balakən rayon Humanitar və texniki təmayüllü liseyi, 2008-ci ildə isə Memarlıq və İnşaat universitetini bitirib. Bir neçə müsabiqələrdə iştirak etmiş və qalib gəlmişdir. Çalışdığı şirkətlər: “MİDEA” MMC, “ESK” memarlıq, “ARCON” MMC. Layihələr: Velotrek TM, Ucar mərkəzi rayon xəstəxanası, Şeraton Otel, Judo federasiyasının binası, Nəsimi İcra Hakimiyyətinin binası, Şüşəli bazar və digər çoxsaylı fərdi layihələr. Azərbaycan memarlıq ittifaqının üzvüdür.

gulshen-kuliyeva
Gülşən Quliyeva Layihənin baş mühəndisi

Quliyeva Gülşən Hüriyyət qızı 1982-ci ildə Memarlıq və İnşaat Universitetini bitirib. Bir neçə müsabiqələrdə iştirak edib. Çalışdığı şirkətlər: Azərmemarlayihə DBLİ, “Bakibaştikinti”, SOCARQAZNEFTLAYİHƏ, TEKFEN AZFEN-ALLIANCE AZPL/GAS PIPELINE PROJEKT SOCAR, «ARCON» MMC. Müəllifi və ya həmmüəllifi olduğu layihələr:  SOCARQAZNEFTLAYİHƏ institutunun inzibati binasının və fasadının yenidən qurulması – müəllif, Füzuli küçəsində yerləşən park ansamblı və yeraltı dayanacaq (Qış parkı) – həmmüəllif, Y.Səfərov küçəsində yerləşən park ansamblı və yeraltı dayanacaq – həmmüəllif, Ş.Məmmədov küçəsində yerləşən yaşayış evləri – müəllif, S. Vurğun küçəsində yerləşən yaşayış evləri – həmmüəllif, Qaradağ rayonunda yerləşən yaşayış kompleksi – müəllif, Bəşir Səfəroğlu küçəsindakı çox funksiyalı bina – müəllif və çoxsaylı fərdi layihələr.

shahin-manafli
Şahin Manaflı Memar

Memarımız Manaflı Şahin Əhməd oğlu 2009-cu ildə Memarlıq və İnşaat Universitetini bitirib. Bakı Dövlət Layihə İnstitutunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin NəzdindəTikilməkdə olan obyektlərin layihə-smeta sənədlərinə nəzarət şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışıb.

İştirak etdiyi layihələr: Qəbələ şəhərində Yengicə su sanatoriyasının layihələndirilməsi və tikintisi, Yengicə otelinin layihələndirilməsi və tikintisi, İsmayıllı rayonunda yerləşən regional Judo federasiyasının tikintisi, Bakı daxil olmaqla Azərbaycanın bir çox rayonlarında inşa olunan reabilitasiya mərkəzlərinin, əlil və şəhid ailələri üçün nəzərdə tutulmuş binaların, məşğulluq idarələrinin, Ramanıda “Eco land” parkının layihələndirilməsində və tikintisində bilavasitə iştirak etmişdir. Bundan savayı bir çox fərdi evlərin, mənzillərin, binaların layihələndirilməsini, dizaynını və tikintisini həyata keçirmişdir.