image description

Mühəndis işlərinin layihələndirilməsi

Mühəndis kommunikasiyaları-insanlara istənilən şəraitdə komfortlu yaşamaq və işləmək üçün zəmin yaradır. Başqa sözlə bu həyat keyfiyyətini təmin edən bir sistemdir. Müasir dövrdə heç bir yaşayış sahəsini, iş yerini və tikililəri su, kanalizasiya, elektrik və sair bu kimi təchizatlarsız təsəvvür etmək mümkün deyil. Mühəndis kommunikasiyaları sisteminə daxildir: istilik, isti və soyuq su təchizatı, kanalizasiya, havalandırma və soyutma, təhlükəsizlik sistemləri, yanğın söndürmə və siqnalizasiya, elektrik təchizatı və s.

Yeni evlərin, inzibati binaların, anbarların, sənaye əhəmiyyətli binaların tikintisi və sair işlər zamanı mühəndis şəbəkələri böyük əhəmiyyət kəsb edir. Mühəndis şəbəkələrinin qurulmasına evin layihələndirilməsi mərhələsində diqqət yetirmək vacibdir. Belə ki, bu işlərə daha ilkin mərhələlərdə önəm verilməzsə komfortlu yaşayış səviyyəsinə nail olmaq mümkün olmayacaq. Mühəndis şəbəkələri daxili və xarici olmaqla 2 hissəyə bölünür. Xarici şəbəkələr öz miqyasına görə daha geniş həcmə malikdir.

Mühəndis şəbəkələri layihənin hazırlanıb dövlət orqanlarında razılaşdırılmasından tutmuş onun həyata keçirilib təhvil verilməsinə qədər uzun bir prosesi özündə əks etdirir. Bu işlərin görülməsi müəyyən təcrübə və biliklərə malik peşəkarlar tərəfindən aparılması çox vacibdir. Çünki buraxılan hər hansı bir səhv sonradan çox ciddi fəsadların yaranmasına və bu fəsadların aradan qaldırılması üçün böyük maliyyə vəsaitlərinin sərf olunmasına gətirib çıxara bilər. Bu səbəbdən tikinti işlərinin, o cümlədən mühəndis şəbəkələrinin qurulması işlərini sertifikatlaşdırılmış və yüksək peşəkarlığa malik mütəxəssis heyəti olan şirkətlərə etibar etmək məsləhət görülür.

Mühəndis kommunikasiyalarının növləri:

  • Su təchizatı və kanalizasiya sistemi;
  • İstilik təchizatı sistemi;
  • Elektrik təchizatı sistemi;
  • Havalandırma və soyutma sistemlərinin quraşdırılması və xidmət olunması;
  • Landşaftın dizayn edilməsi və suvarma sistemlərinin qurulması;
  • Yanğın əleyhinə sistemlərin və siqnalizasiyanın, video nəzarət sisteminin və şəbəkənin qurulması.
Share on Facebook0Tweet about this on TwitterShare on Google+0Share on VKPin on Pinterest0

Digər xidmətlər