image description

Təmir – tikinti işləri

Əsaslı tikinti dedikdə yeni bir binanın tikintisi və ya mövcüd binanın yenidən qurulması, rekonstruksiyası nəzərdə tutulur.

Əsaslı tikinti bir neçə mərhələdən ibarətdir:

  • Tikinti prosesinin texniki və iqtisadi əsaslandırılması;
  • Mühəndisi-texniki tədqiqatların aparılması;
  • Layihələndirmə;
  • Tikinti prosesinin təşkil olunması;
  • Tikinti sahəsinin hazırlanması və müvəqqəti qurğuların yaradılması;
  • Əsaslı quruculuq işləri;
  • İstifadəyə verilməsi.

Təmir və tikinti işləri bütün dövrlərdə aktual mövzu olmuşdur. İnsanlar hər zaman həyat səviyyəsinin yaxşılaşdırılması üçün çalışmışlar. Köhnə tikililər sökülür və yerində yeni hündür mərtəbəli binalar, göydələnlər inşa edilir. Yeni və təmirə ehtiyacı olan mənzillərdə də öz növbəsində vaxt aşırı kosmetik və ya əsaslı təmirə ehtiyac duyulur. Beləliklə tikinti sahəsinə hər zaman ehtiyac duyulduğu danılmaz faktdır. Əgər Siz keyfiyyətli evdə yaşamaq istəyirsinizsə tam təmirli ev almaq məsləhət görülmür. Yaxşı evi özün üçün və özünə uyğun tərzdə tikməlisən. Biz evi Sizə layiq tərzdə layihələndirir və tikirik. Biz qısa müddətdə və münasib qiymətlərlə təmir, tikinti, daxili bəzək işləri və sair işlər üzrə geniş çeşiddə xidmətlər təklif edirik.

“Arch City” şirkəti tərəfindən göstərilən xidmətlər

  • Müasir tikinti materiallarından və müasir texnologiyalardan istifadə etməklə şəhər daxili və şəhər kənarı evlərin tikilməsi və təmiri;
  • İstənilən səviyyəli çətinliyə malik müxtəlif sahələrin tikintisi və təmiri;
  • Ofislərin təmiri və tikintisi.

“Arch City” şirkətinə müraciət etməyiniz üçün əsas səbəblər:

  • Qısa müddət ərzində təmir və tikinti işlərinizi həyata keçirəcəyik;
  • Bizimlə yalnız yüksək ixtisaslı və məsuliyyətli mütəxəssislər çalışır;
  • Biz qiymətləri münasib səviyyədə saxlayırıq.

Təmir – tikinti işləri (evlərin, ofislərinin təmiri., sənaye obyektlərinin, ofis və inzibati bina, yaşayış evlərinin tikintisi). “Arch City” göstərdiyi bütün xidmətlər üzrə kifayət qədər təcrübəyə malikdir. Əsaslı tikinti işləri zamanı çəkilmiş xərclər kapital qoyuluşu hesab edilir və aşağıdakı xərc maddələrinə bölünür.

  • Tikinti prosesində istifadəsi zəruri olan avadanlıq və alətlərin dəyəri;
  • Dolayı işlərin dəyəri;
  • Layihələndirmə işlərinin dəyəri;
  • Avadanlıqların quraşdırılması xərcləri;
  • İdarə etmə və əmək haqqı xərcləri.
Share on Facebook0Tweet about this on TwitterShare on Google+0Share on VKPin on Pinterest0

Digər xidmətlər